!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tərəddüd edən partiyalar üzvlərinin siyahısını xüsusi tədbir keçirərək açıqlasınlar” - RƏY

!Reklam – Yazi

“Qeydiyyatdan keçmiş partiyaların çoxu indiyə qədər hər hansı təhlükə hiss etmədən öz varlıqlarını formal qaydada sürdürürdülər”.

Bu fikirləri siyasi partiyaların yeni qanunvericiliyin tələblərinə uyğunlaşmaq prosesində müşahidə olunan durumu dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, prosesin başlamasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, hələ ki çox az sayda partiya bu istiqamətdə işlərini tamamlaya bilib:

“Təbii ki, ölkədə siyasi mühitin normallaşdırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac vardı. O baxımdan “Siyasi partiyalar haqqında” qanunun qəbulundan sonra mövcud partiyaların əksəriyyətinin ətalətdən çıxmaq məcburiyyəti başadüşüləndir.

Açıq desək, qeydiyyatdan keçmiş partiyaların çoxu indiyə qədər hər hansı təhlükə hiss etmədən öz varlıqlarını formal qaydada sürdürürdülər və buna görə onlara heç nə deyən olmurdu. Lakin yeni qanun vəziyyəti dəyişdi və partiyalar öz hüquqi statuslarını qorumaq üçün ən azı üzvlərinin sayını beş min nəfərə çatdırmalıdırlar.

Prosesin başlamasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, hələ ki çox az sayda partiya bu istiqamətdə işlərini tamamlaya bilib və ictimaiyyətə də məlumat verib. Ancaq mediadan izlədiyimiz qədər, partiyaların çoxu bu məsələdə ciddi çətinliklərlə üzləşiblər. Onların prosesi necə yekunlaşdıracaqları da məlum deyil.

Bəzi partiyalar isə onların təqdim etdikləri üzvlərin siyahısının qəbul edilməyəcəyi ilə bağlı narahatlıqlarını bildirirlər. Belə düşünən partiyalara təklif edərdim ki, onlar xüsusi tədbir keçirərək üzvlərin siyahısını ilk növbədə ictimaiyyət qarşısında açıqlasınlar və hətta siyahıdakı istənilən üzvlə birbaşa oradan telefon əlaqəsi saxlanılsın, onun partiya mənsubluğu birbaşa öz təsdiqini tapsın.

Məncə, bu addım həmin partiyaya fəaliyyətinin və üzvlərinin formal olmadığına yönəlik ciddi etimad qazandıra bilər”.

A.Zeynalov

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv