!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Terror aktı çıxdı - Ankaradakı partlayış

!Reklam – Yazi

Türkiyənin paytaxtı Ankara şəhərinin hakimiyyət orqanları vergi müfəttişliyinin binasında baş vermiş partlayışı terror aktı adlandırıblar.

Yenicag.az xəbər verir ki, bu barədə NTV telekanalı hakimiyyət orqanlarının bəyanatına istinadən məlumat yayıb.

Qeyd edilir ki, partlayışı Suriya kürdləri ilə əlaqədə olan terrorçu törədib.

Telekanalın məlumatına görə, terrorçu Suriya ərazisində partlayıcı qurğuların yaradılması ilə bağlı təlim keçib. Türkiyənin təhlükəsizlik orqanlarının əməkdaşları bombanı binaya keçirmiş şəxsi neytrallaşdırıb. Faktla bağlı daha 8 nəfər saxlanılıb.

Xatırladaq ki, ötən axşam baş verən partlayışa öncə qaz sızmasının səbəb olduğu bildirilirdi. Hadisə nəticəsində 3 nəfər yaralanıb.

www.yenicag.az

1297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv