Təslim olan erməni döyüşçülərinin aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA

media-hightechnic-468x90

Azərbaycan silahlarını təslim edən Qarabağdakı erməni döyüşçülərə amnistiya nəzərdə tutur.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Reuters”ə deyib.

O, hətta keçmiş döyüşçülərə də bunun tətbiq edilməsinin mümkünlüyünü ifadə edib.

“Hazırda biz görürük ki, bəzi ayrı-ayrı ordu qrupları və zabitlər bizimlə razılaşmayacaqlarını və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan ediblər”, – Hikmət Hacıyev deyib.

O, Qarabağ ermənilərinin humanitar yardım istədiklərini və bölgəyə çatdırıldığını bildirib. O qeyd edib ki, Azərbaycan Qarabağ ermənilərinin sülh yolu ilə reinteqrasiyasını istəyir.

Xatırladaq ki, bu gün müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05