Texniki nasazlıq yarandı, imtahanlar təxirə salındı

media-hightechnic-468x90

Bu gün saat 16:00-da keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan tarixdə imtahanda iştirak etmiş hər bir iştirakçı təkrar imtahana cəlb ediləcək və onlara yeni sual variantı təqdim olunacaq:

“Eyni zamanda, bildiririk ki, texniki profilaktik işlərin görülməsi ilə əlaqədar 7 mart 2021-ci il tarixində keçirilməsi planlaşdırılan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi təxirə salınıb.

Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib.

İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600