Təyyarə qəzasında həlak olan Ramazan Filiyev Balakəndə dəfn edildi - FOTO

media-hightechnic-468x90

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi ailəsinə təhvil verilib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, daha sonra onun nəşi rayonun Şərif kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində R.Filiyevin doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Filiyev ailəli idi, 10 aylıq oğlu var.

Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15-i Balakən rayon sakini olub, onlardan 10-u qəza zamanı həyatını itirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa