“The Wall Street Journal” neftin bahalaşacağını proqnozlaşdırır

Çoxsaylı bazar risklərinə baxmayaraq, OPEC-in təklifi azaltmasının verdiyi müsbət effekt son 5 ayda ilk dəfə neft qiymətlərinin yüksələcəyi barədə proqnozların yaranmasına səbəb olub.

Yenicag.Az  xəbər verir ki, ABŞ-ın “The Wall Street Journal” qəzeti analitiklər arasında bununla bağlı sorğu aparıb.

Sorğuya görə, analitiklər “Brent” markalı neftin 2017-ci il üçün orta qiymətlə bağlı proqnozunu dekabrdakı 55 dollar/bareldən hazırda 56 dollar/barelə yüksəldiblər.

Ekspertlər neft bazarında təklifin azalması sayəsində tarazlığın əldə olunacağını bildirirlər. Qəzetin keçirdiyi sorğuda respondentlər “Brent” markalı neftin qiymətinin il ərzində 60 dollar/bareli bir qədər keçəcəyini gözlədiklərini açıqlayıblar.

Yenicag.Az