Ticarət dövriyyəsinin həcmi 500 milyon dollar…
İran İslam Respublikası ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 500 milyon dollar təşkil edir.
Bunun 10 dəfə artırılması üçün hər iki ölkənin böyük imkanı var.
Bu sözləri İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyebian deyib.
Nazir bildirib ki, İran ilə Azərbaycan arasında mövcud siyasi və mədəni əlaqələr inkişaf etməkdədir. Hər iki xalq ümumi tarixiə və mədəni kökə malikdir. Bununla yanaşı, iqtisadi əməkdaşlıq əlaqələrini də yüksək səviyyəyə çatdırmaq lazımdır. Hər iki ölkənin mövcud iqtisadi potensialı ikitərəfli və faydalı iqtisadi əlaqələrin inkişafını şərtləndirir və bu imkandan istifadə etmək dövlətlərin maraqlarına uyğundur.
Ə.Təyyebian deyib ki, xalqların yaxınlığı və İran ilə Azərbaycanın həmsərhəd dövlətlər olması iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır.(azertag.az)