!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ticarətdə “Sellofan dövrü”nün SONU: “Maraqlıdır, yeni torbaları nədən hazırlayacaqlar?” – Ekspertdən SUAL / VİDEO

!Reklam – Yazi

“İndiyə qədər kiminsə sellofan torbalardan istifadəyə görə xəstəlik tapması müşahidə olunmayıb”.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən, Azərbaycanda plastik polietilen torbalardan istifadəyə qadağa qoyulacaq.

Dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur.

Tibb eksperti Rasif Bağırov mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, sellofan torbaların istifadəsinə qadağa qoyulması o qədər də başadüşülən deyil:

“Sellofan torbaları əvəz edə biləcək və orqanizm üçün təhlükə törətməyəcək alternativ torbalar istifadəyə verilərsə, bu addımı müsbət dəyərləndirmək olar.

Sağlamlıq nöqteyi-nəzərindən sellofan torbalarda hansısa qidaların uzun müddət saxlanması orqanizmə müəyyən zərərlər verə bilər. Eyni zamanda, bu halda qidaların keyfiyyətinin aşağı düşməsi də mümkündür. Lakin əhalinin gündəlik istifadə etdiyi sellofan torbaların orqanizmə hər hansı ziyan vurması elmi cəhətdən izah olunmayıb”.

Ekspertin fikrincə, sellofan torbaları əvəz edəcək alternativ torbaların nədən hazırlanacağı maraq doğurur:

“Sellofan torbaların əvəzlənməsi tibbi deyil, texniki məsələdir. Əslində, sellofan torbalar insanların əlindən daha tez tutur. Sovet dövründə kağız torbalardan istifadə olunurdu, amma bu torbaların məhsul tutumu o qədər də çox deyildi.

Sellofan torbalarda isə məhsul tutumu kifayət qədər böyükdür və məhsula zərər dəymir. Ümumiyyətlə, istehsal olunacaq yeni torbalarda qiymət, keyfiyyət və sağlamlıqla bağlı bütün göstəricilər yüksək səviyyədə olmalıdır”.

Gülşən Şərif

 

www.yenicag.az

3080
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv