!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tiflisdə şirkətə silahlı basqın - 11 nəfər girov götürüldü - YENİLƏNDİ

!Reklam – Yazi

Tiflisdə mikromaliyyə təşkilatında girov saxlanılan şəxslərin hamısı azad edilib.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, silahlı basqınçı həbs olunub.

20:05

Tbilisidə mikromaliyyə təşkilatında girov saxlanılan şəxslərin bir neçəsi sərbəst buraxılıb.

Basqınçı ilə danışıqlardan sonra 6 girov azad edilib.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, ümumilikdə 11 nəfər girovluqda olub.

Hazırda girovluqda 5 nəfər qalır.

***

Tiflisdə mikromaliyyə təşkilatına silahlı basqın edərək 9 nəfəri girov saxlayan şəxs tələblər irəli sürüb.

O, Gürcüstan parlamentinin təcili iclasının çağırılmasını tələb edib.

Tələblərə əsasən, qanunverici orqan ölkədə azart oyunların qadağası, kredit üzrə faizlərin 7 %-dək endirilməsi və medikamentlərin qiymətlərinin aşağı salınması barədə qərarlar qəbul etməlidir.

Basqınçının içkili vəziyyətdə olduğu bildirilir.

Təhlükəsizlik baxımından yaxınlıqda yerləşən mağaza və digər kommersiya obyektləri bağlanıb. Mikromaliyyə təşkilatının yerləşdiyi binanın sakinləri də təxliyə olunub.

***

Tiflisdə mikromaliyyə təşkilatına silahlı basqın edən şəxs 9 nəfəri girov götürüb.

Bu barədə Patrul Polis Xidmətinin rəisi Vaja Siradze bildirib.

Onun sözlərinə görə, hazırda xüsusi əməliyyat davam etdirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı qarət və qanunsuz olaraq odlu silah gəzdirmə maddələri üzə operativ istintaq tədbirlərinə başlanılıb.

***

Gürcüstanın paytaxtı Tiflisin Tsereteli metrostansiyası yaxınlığında yerləşən mikromaliyyə təşkilatının ofisinə silahlı şəxs basqın edib.

Yenicag.az xəbər verir ki, əraziyə polis qüvvələri cəlb olunub.

Yayılan məlumatlara əsasən, basqınçı 10 nəfəri girov götürüb./Report/

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv