Tikinti işlərində qiymət bahalaşıb

media-hightechnic-468x90

64661Bu ilin III rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,5 faiz bahalaşıb.
Rüb ərzində yerüstü tikililər bölməsində 0,4 faiz, yol və körpü tikintisində isə 0,8 faiz bahalaşma müşahidə edilib.

Yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 1,1 faiz bahalaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,7 faiz ucuzlaşıb.

5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə 0,2 faiz bahalaşıb.

Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 1,2 faiz bahalaşma müşahidə olunub.

Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,9 faiz bahalaşsa da, körpü tikintisi üzrə qiymətlərin 0,2 faiz ucuzlaşdığı deyilir. (qafqazinfo.az)

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa