!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tiqranizm Xocalıda”nın müzakirəsi keçiriləcək

!Reklam – Yazi

 

13414110_1082783131768813_105086935_n18 iyunda Bakıda tanınmış yazar Eluca Atalının yeni kitabının müzakirəsi keçiriləcək. Yenicag.az xəbər verir ki, “Tiqranizm Xocalıda” adlanan kitab dram janrında yazılıb, 5 pərdə 9 şəkildən ibarətdir. Əsərdə erməni xisləti, onun əsrlərboyu qonşuları türklərə qarşı etdikləri xəyanət və amansızlıq tarixi faktlar əsasında bədii formada və üslubda verilib.

Kitabın ilk pərdəsi olan “Tiqran sürüldü, tiqranizm sürünür” də əsasən bizim eranın 50-60- cı illərində ermənilərin Roma və Parfiya dövlətlərində etdikləri xəyanət və amansızlığın ilkin təzahürləri canlandırılır.

Quldur Andronikin çar Rusiyası tərəfindən satın alınıb, xülyasında dənizdən dənizə  gəmi üzdürərək  Türkiyə, Naxçıvan, Qərbi Azərbaycan, Güney Azərbaycanı, Qarabağda etdiyi ağlasığmaz vəhşətlər əsərdə yüksək səviyyədə bədii həllini tapmışdır. Hadisələrin bu gedişatı tiqranizmin yaşadığını və bir millətin ruhuna hakim olduğunu sübut edir.

Hadisələr XX əsrin 70-ci illərində Qarabağda Azərbaycana məxsus Alban abidələrinin erməni kilsəsi Eçmiədzin  tərəfindən necə oğurlanması ilə davam edir. Təməli Tiqran tərəfindən qoyulan “Böyük Ermənistan” xülyasının reallaşması üçün Qarabağın ermənilər tərəfindən mənimsənilməsi məqsədi ilə o zamankı SSRİ KP-nın baş katibi Mixail Qorbaçovun arvadı Raisaya ermənilər tərəfindən rüşvət olaraq verilmiş brilyant üzük orataya çıxır. Əsərin əvvəlki hissələrindən “Böyük Ermənistan” naminə yaradılmış  “Erməni can vergisi fonduna” hər ay ermənilərin məvaciblərinin 5 faizi məbləğində pul köçürülməsi və bu vergini ödəməyən ermənilərin Azərbaycanın Sumqayıt şəhərində evlərindəcə qətlə yetirilməsi açıqlanır.

Xocalı soyqırımı ilə kulminasiya zirvəsinə yüksələn hadisələr Xocalı olayları zamanı baş vermiş yüzlərlə vəhşətdən yalnız biri – Xocalı sakini Fərhadın ailəsinin timsalında təsvir olunur. O da məlum olur ki, həmin ailəni qəddarcasına məhv edənlərdən biri Fərhadın öz  uşaqlıq dostu və kirvəsinin oğlu, Xankəndi sakini Seyran Ohanyandır.  Roma sərkərdəsi Tiqranın xəyanət və amansız hərəkətlərinın təsvir olunduğu səhnələr eyni ilə Xocalıda davam etdirilir. Erməni kimliyi və xisləti isə Serj Sarkisyanın Xocalı faciəsindən sonra xarici jurnalistlərə verdiyi mətbuat konfransında incəliyinə qədər əks etdirilir.

Əsərin sonunda isə, təbii olaraq Xocalıda vəhşiliklər törətmiş ermənilərin öz ailələrinin belə faciə yaşadığı, intihar səviyyəsinə gəlib çıxdığı məlum olur.

Qeyd edək ki, kitabın müzakirəsi Beynəlxalq Mətbuat Mərkəzində, 18 iyun, saat 14.00-da keçiriləcək.

Yenicag.az

COP29

www.yenicag.az

785
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv