“Titan”ın qəzaya uğradığı ərazidə insan qalıqları tapıldı

media-hightechnic-468x90

Atlantik okeanında “Titan” batiskafının qəzaya uğradığı ərazidə insan qalıqları tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizə Xidməti məlumat yayıb.
Qəzaya uğrayan batiskafın bəzi hissələri ilə yanaşı, insan qalıqları da sahilə çıxarılıb.

Xatırladaq ki, turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında yüksək təzyiqdən partlayıb. “Titan”ın göyərtəsində britaniyalı milyarder Hemiş Hardinq, batiskafın sahibi – “OceanGate” kompaniyasının rəhbəri Stokton Raş, pakistanlı biznesmen Şahzada Davud və onun oğlu Süleyman, fransalı okeanoqraf Pol-Anri Narjole olub. Onların qəzada öldüyü bildirilir./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa