Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Tofiq Yaqublunun ev dustaqlığına buraxılması dövlətin humanizm siyasətinin mühüm elementidir” - Yusif Bağırzadə

“Milli Şurada təmsil olunanlar Tofiq Yaqublunun həbsindən məkrli niyyətləri üçün istifadə etməyə çalıışırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılması haqda qərara münasibət bildirən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadənin sözlərinə görə, hakimiyyət tərəfindən Tofiq Yaqubluya yönəlik atılan bu humanist addım alqışalayiqdir:

“Tofiq Yaqublu Qarabağ döyüşlərində fəal iştirak etmiş şəxslərdən biri olub və onun bu statusu cəmiyyət tərəfindən qəbul edilir. O baxımdan, Tofiq Yaqubluya qarşı hakimiyyət tərəfindən atılan bu humanist addım alqışalayiqdir.

Çünki hər hansı bir vətəndaşın törətdiyi cinayət əməli ictimaiyyət üçün ağır nəticələr vermirsə, onun ev dustaqlığına buraxılması dövlətin siyasətinin mühüm elementidir. Bu baxımdan, Tofiq Yaqublu da ev dustaqlığına buraxılmağa layiqdir.

Əsas problem ondadır ki, Milli Şurada təmsil olunanlar Tofiq Yaqublunun həbsindən məkrli niyyətləri üçün istifadə etməyə çalıışırlar. Bu, xoşagəlməz haldır.

İnanıram ki, Tofiq Yaqublu hakimiyyətin bu humanist addımını adekvat qarşılayacaq və öz gələcək fəaliyyətində siyasi savadı olmayan həmin şəxslərdən uzaq duracaq”.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülüb.

Gülşən Şərif

Loading...

www.yenicag.az

379