Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tofiq Yaqublunun saxlanılmasına etiraz - Müdafiə komitəsi yaradıldı

Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanılmasına münasibət bildirib.

Yenicag.az-ın xəbərinə görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Qeyd olunub ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

“VAZ-2107” markalı avtomobilin sürücüsü E.Cəbrayılov və onun həyat yoldaşı C.Cəbrayılova isə iş üzrə zərərçəkmiş qismində tanınaraq dindiriliblər.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

 

“Tofiq Yaqubluya qarşı edilən təxribatdan sonra onunla telefonla danışdım. Durduğu yerdə maşınını vurub sonra da ona hücum ediblər. Polisi də Tofiq Yaqublu çağırıb. İndi aydın olur ki, onun özünə, hadisədə faktiki zərərçəkənə qarşı cinayət işi açılır…Bu günlərdə Müsavat, AXCP üzvlərinə, jurnalistlərə, ictimai fəallara qarşı artan təqiblərin başqa adı yoxdur. Tofiq Yaqublunun dərhal azadlığa buraxılmasını, repressiv tədbirlərə son qoyulmasını tələb edirəm”.

Bunu isə Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O, sonra bunları bildirib:

“…Bizim bu dar günümüzdə müzakirə açıblar. Biri deyir Müsavatdan çıxsın, özü də bu gündə. Müsavat heç kimin atasından miras qalmayıb, Tofiqə yol göstərirlər. Tofiq Müsavata can qoyub, başına gələnlər hərkəsin gözü önündə olub. Başına gələnlər də Müsavatçı olduğuna görə gəlib… Biz indi məhdud imkanlarımızla həbsin qarşısını almağa çalışırıq”.

***

“Nizami rayon Polis İdarəsinin qarşısındayam. Hələ də məni istintaqa buraxmırlar. Bəhanə edirlər ki, istintaqın rəisi və müstəntiq otaqlarlnda deyil. Problemlə bağlı Ehsan Zahidovun köməkçisinə, Ombudsmandan Rəşid müəllimə zəng etmişəm. Eyni zamanda Bakı şəhər Nizami rayon prokuroruna da məlumat vermişəm. Lakin hələ də Tofiq Yaqublunun müdafiə hüququ pozularaq məni istintaqa buraxmırlar”.

Bunu da vəkil Elçin Sadıqov bir az öncə öz “Facebook” statusunda yazıb.

Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsiilə cinayət işi açılıb. Tofiq Yaqubluya qarşı irəli sürülən itihamın tam uydurma olduğunu bildirərək, onun dərhal azadlığa buraxılmasını tələb edirik. Müsavat Partiyası Tofiq Yaqublunun hüquqlarının Müdafiə Komitəsi yaradıb.

Bu haqda Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb

“Müdafiə Komitəsinin tərkibi belədir: Fərəc Kərimli-sədr, Gülağa Aslanlı, Nemət Kərimli, Səxavət Soltanlı, Osman Kazımov, Mustafa Hacıbəyli, Könül Alı, Elman Quliyev”-deyə, məlumatda sonra qeyd olunub./Etikxeber.az/

www.yenicag.az

559