!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toğrul Allahverdili: “Jirinovski kimi siyasətçiləri ciddi qəbul etmək olmaz” - AÇIQLAMA

!Reklam – Yazi

“Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin dostluq şəraitində inkişaf etməsi fonunda bu cür hallar əlbəttə ki, xoş təsir bağışlamır”. Bunu Yeniçağ.az-a açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin dediklərinə münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, bu cür siyasətçiləri ciddi qəbul etməmək lazımdır:

“O tip siyasətçilər adətən, hansısa səbəblərdən özləri üçün belə bir davranış yolu seçirlər. Məncə, bu cür siyasətçiləri ciddi qəbul etmək olmaz. Eyni zamanda Rusiya hökuməti bu cür halları ciddi qəbul etmir və belə halları aradan qaldırmaq üçün səy göstərir. Çünki Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin dostluq şəraitində inkişaf etməsi fonunda bu cür hallar xoş təsir bağışlamır.

Artıq neçənci dəfədir ki, Jirinovski Azərbaycan xalqını, dövlətini təhqir edən bəyanatlar verir:

“Belə açıqlamalara münasibətdə Rusiyanın rəsmi şəxsləri deyirlər ki, Jirinovskinin fikirləri “dəli sayıqlamalarıdır, Rusiyanın mövqeyini ifadə etmir, əhəmiyyət vermək lazım deyil və s”. Amma bu da gerçəklikdir ki, Jirinovskinin məsuliyyətsiz, ünvanına hədyanlar söylədiyi qonşu xalqlarda və dövlətlərdə hiddət doğuran, bir sıra hallarda diplomatik qalmaqallara səbəb olan “ritorikası”nın qarşısı alınmalıdır. Jirinovskinin son “çıxışı” beynəlxalq hüquq normalarını, siyasi etikanı ayaq altına alır. Jirinovskini “siyasi təlxək” adlandırmaq vəziyyətdən çıxış yolu deyil, onun sərsəmləmələrinə hər fürsətdə özünü Azərbaycan diasporunun liderləri sayan şəxslər “burda mənəm Bağdada kor xəlifə” prinsipi ilə diaspor fəaliyyəti ilə məşğul olan şəxslər cavab verməlidir .

Əlbəttə ki, Azərbaycan-Rusiya münasibətləri bu başabəla siyasətçinin sərsəm fikirləri ilə zədələnən deyil, çünki həmin münasibətlər müstəqillik illərinin sınağından keçmiş, qarşılıqlı faydalı əməkdaşlığın möhkəm təməlləri üzərində inkişaf edir. Bununla belə Jirinovski kimi təlxəyin söz azadlığının imkanlarından faydalanaraq, axmaq və təhlükəli fikirlərinə “dur” deməyin vaxtı çoxdan çatıb”.

Yeniçağ.az

www.yenicag.az

672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv