Tokayev həbs xəbəri yayılan naziri köməkçisi etdi
Murad Nurtleu Qazaxıstanın xarici işlər naziri vəzifəsindən azad edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev fərman imzalayıb.
Tokayev 2020-2023-cü illərdə Rusiyada səfir vəzifəsində çalışmış Ermek Koşerbayevi xarici işlər naziri təyin edib.
Keçmiş xarici işlər naziri Murad Nurtleu isə Qazaxıstan Prezidentinin köməkçisi təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Murad Nurtleunun saxlanıldığı xəbəri yayılmışdı. Lakin sonradan onun tutulması barədə məlumatların həqiqətə uyğun olmadığı açıqlandı.