Tom Odell Bakıda ilk dəfə konsert verəcək - VİDEO

media-hightechnic-468x90

Britaniyalı müğənni və bəstəkar Tom Odell iyunun 21-də ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək.

Yenicag.az xəbər verir ki, konsert “Pera Group”un təşkilatçılığı ilə baş tutacaq. Sənətçi Bakı Konqres Mərkəzinin səhnəsində sevənlərinin qarşısında çıxış edəcək.

Bildirək ki, Odell 7 yaşından pianoda ifa etməyə və daha sonra öz mahnılarını bəstələməyə başlayıb. Odellin ən məşhur mahnıları “Another Love”, “Real Love”, “Heal” və “Grow Old With Me”dir.
O, musiqisinə görə bir sıra mükafatlar, o cümlədən, 2014-cü ildə ən yaxşı kişi solo albomu üçün “BRIT Awards” mükafatı alıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa