Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tovuzda bədbəxt hadisə - Müəllim hündürlükdən yıxılıb öldü

Tovuz rayonunda orta məktəb müəllimi hündürlükdən yıxılaraq ölüb.

Yenicag.az-ın məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlü Ələsgər Əli oğlu Rüstəmov öz evində iş görən zaman hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alıb. O, aldığı xəsarətlərdən yerində keçinib.

Qeyd edək ki, Ə.Rüstəmov Tovuz rayonu Mahir Ələkbərov adına orta məktəbin tarix müəllimi olub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb./Report/

www.yenicag.az

3603