Toya hazırlaşan gənc azyaşlı qızı vuraraq öldürdü - TƏFƏRRÜAT

media-hightechnic-468x90

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

media-banner_tkm

Yenicag.az Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndində baş verib.

Məlumata görə, 27 yaşlı Əli Alıyevin sentyabrın 12-də toyu olacaqmış. O, qız evinə cehiz gətirmək üçün bazarlığa gedərkən, yolun kənarında hərəkət edən doqquz yaşlı Nilay Abdullazadəni vurub.

Hadisə nəticəsində uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05