Toydan sonra faciə: 100-dən çox adam boğularaq öldü

media-hightechnic-468x90

Toydan qayıdan 300-ə yaxın adamı daşıyan qayığın batması faciəyə səbəb olub. Onlarla insan itkin düşüb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nigeriyada baş verib .

Ötən gecə ölkənin şimalında toydan qayıdan qonaqları daşıyan qayığın batması nəticəsində aralarında uşaqların da olduğu 100-dən çox insan həyatını itirib.

Polis sözçüsü Niger çayında batan qayıqda 300-ə yaxın adamın olduğunu və həddindən artıq yükləndiyini bildirib. Səlahiyyətlilər 100-ə yaxın insanın xilas edildiyini, onlarla insanın hələ də axtarıldığını bildirib.

Yerli sakinlər hadisənin son illərdə gördükləri ən ölümcül qayıq qəzası olduğunu bildirib və çayda axtarış işlərinin bu gecəyə qədər davam edəcəyi qeyd edilib./medianews/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600