Tozsoran qadını öldürəcəkdi
Yenicag.az xəbər verir ki, Cənubi Koreyada kuryoz hadisə az qala faciə ilə başa çatacaqdı. Trend-in Vesti.ru-ya istinadən verdiyi məlumata görə, adı açıqlanmayan 52 yaşlı qadın robot-tozsoranın qəfil hücumundan xəsarət alıb.
Hər halda qadın çağırış üzrə köməyə gəlmiş təcili yardım xidməti əməkdaşlarına belə deyib.
Hadisə yerinə gəlmiş xidmət nümayəndələri qadının saçının tozsoranın “ağzına” keçdiyini görüblər. Hücum zamanı koreyalı qadın xalça üzərində istirahət edirmiş.
Süni intellektlə təchiz edilən robot müəyyən edilmiş proqram əsasında döşəmədə hərəkət edirmiş. Hadisə nəticəsində evdar xanımın ciddi xəsarət almadığı bildirilir.