Tramp ABŞ məktəblərində müəllimlərə silah gəzdirməyə icazə verilməsinə çağırdı 

media-hightechnic-468x90

ABŞ-ın keçmiş prezidenti Donald Tramp lazımi təlim almış amerikalı müəllimlərə məktəblərdə gizli şəkildə silah gəzdirməyə icazə verilməsini istəyib.

Yenicag.az xəbər verir ki, bu barədə o ABŞ Milli Atıcılar Assosiasiyasının Texasda keçirilən toplantısında bildirib.

Tramp fikrini onunla izah edib ki, məktəblər “ən zəif hədəflər” sərasında olmamalıdır. Məhz bu səbəbdən, onun fikrincə, müəllimlərə ehtiyatlı şəkildə silah gəzdirməyə icazə verilməlidir.

O, həmçinin bütün təhsil müəssisələrində metal detektorların quraşdırılmasını, sinif otaqlarında qapıların möhkəmləndirilməsini və məktəblərdə polis və ya silahlı mühafizəçinin növbətçiliyi ilə bağlı normanın tətbiqini təklif edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600