!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Baydeni trolladı: ABŞ bundan danışır - FOTO

!Reklam – Yazi

Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimi dünya gündəmində bir nömrəli yerini qorumağa davam edir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Baydenin davranışları kraliçanın dəfn mərasiminə damğa vurub.

Baydenin rəsmi qonaqlar üçün hazırlanmış yerin 14-cü sırasında oturdulması ABŞ-də böyük əks-səda doğurub. İnsanlar bunun ABŞ Prezidentinə qarşı hörmətsizlik olduğu qənaətini paylaşıblar.

ABŞ-nin sabiq prezidenti Donald Tramp da Baydenin 14-cü sırada əyləşdirilməsinə özünəməxsus şəkildə rəy bildirib.

Sosial şəbəkə hesabında paylaşım edən Tramp bildirib ki, 2 il ABŞ-nin ağırlığını itirilməsi üçün Baydenə kifayət edib.

“Prezidentimizin bəzi üçüncü dünya ölkələrinin liderlərini tanıması üçün yaxşı fürsət olub”, – deyə Tramp Baydeni məsxərəyə qoyub.

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv