ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Cersidə tərəfdarları qarşısında çıxış edərkən bildirib ki, ölkənin hazırkı prezidenti Co Bayden vitse-prezident vəzifəsində çalışarkən Ukraynanın enerji şirkətindən rüşvət alıb.
Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Keçmiş Amerika liderinin sözlərinə görə, ona qarşı irəli sürülən ittihamlar “diqqəti real casusluqdan və real cinayətlərdən yayındırmaq” cəhdidir.
Tramp qeyd edib ki, ABŞ senatoru Çak Qrassli də Federal Təhqiqatlar Bürosunda (FTB) Baydenin Ukraynanın enerji şirkəti “Burisma Holdings”dən rüşvət almaqda iştirakı ilə bağlı sübutlar var.
“Unutmayın, onlar Baydenin Ukraynadakı korrupsioner əlaqələri ilə bağlı sadə bir suala görə mənə impiçment elan etdilər və indi haqlı olduğum aydın oldu” , – deyə o bildirib.
Keçmiş Amerika lideri əlavə edib ki, ABŞ-ın hazırkı prezidenti və “radikal solçular xaricdən rüşvət ala və tam himayə altında qala bilərlər”.
www.yenicag.az