Tramp elçisini yenə də Putinin ayağına GÖNDƏRİR: “Moskva heç bir güzəştə getməyəcək”
“Bu, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun Rusiya prezident Vladimir Putinlə növbəti görüşüdür. Çünki tərəflər bundan əvvəl Sankt-Peterburqda da görüş keçirmişdilər. Hər iki tərəf sonuncu görüşün məhsuldar keçdiyini bəyan etsə də, artıq məlumdur ki, Vitkoffun Putinlə görüşü, əslində, uğursuz nəticələnmişdi”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
O, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun Vladimir Putinlə gözlənilən görüşünü şərh edib.
Analitikin sözlərinə görə, məhz sonucnu görüşdən sonra Ağ Evin Kremlə münasibəti nisbətən sərtləşməyə başladı:
“Hətta ABŞ prezidenti Donald Tramp, əgər aprelin sonunadək sülh sazişi imzalanmasa, Rusiyaya qarşı Vaşinqtonun mövqeyinin daha da sərtləşəcəyi ilə bağlı təhdidlər səsləndirmişdi. Bu isə onu göstərir ki, ABŞ və Rusiya arasında aparılan danışıqlarda kifayət qədər ciddi problemlər mövcuddur. Mövcud problemlərin aradan qaldırılması və anlaşma imkanlarının artırılması məqsədilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Vitkoff növbəti dəfə Rusiyaya ezam olunub”.
Müsahibimiz əmindir ki, hazırkı vəziyyəti nəzərə alaraq, demək olar ki, amerikalı siyasətçinin Rusiyada uğur qazanmaq ehtimalı yoxdur:
“Çünki Rusiya imperiya eqosuna malik bir dövlətdir. və tələblər irəli sürürsə, bu, o deməkdir ki, Moskva danışıqlar masasında geri addım atmayacaq və heç bir güzəştə getməyəcək. Buna görə də, böyük ehtimalla, budəfəki səfər də nəticəsiz qala bilər və aprelin sonları, mayın əvvəllərindən etibarən ABŞ və Rusiya arasında yeni danışıqlar mərhələsinin başlayacağı istisna olunmur”.
Rafi Müslümov