Tramp Fransa və Almaniyanı hədələdi

media-hightechnic-468x90

Amerika Prezidenti Donald Tramp Fransa və Almaniyanı dərmanların qiymətini artırmağı nəzərdə tutan ABŞ-nin təklif etdiyi planla razılaşmasalar, onların məhsullarına qarşı rüsumlar tətbiq etməklə hədələyib.

Yenicag.az xəbər verir ki, o bu barədə Ağ Evdə səhiyyə məsələlərinə dair köməkçiləri ilə keçirdiyi müşavirədə bildirib.

Tramp qeyd edib ki, ABŞ-də bir çox dərmanların qiyməti Avropa ölkələrinə nisbətən xeyli yüksəkdir. Onun sözlərinə görə, Vaşinqton administrasiyası əczaçılıq sənayesi nümayəndələri ilə ABŞ sakinlərinin reseptlə alınan dərmanlar üçün bütün ölkələr arasında ən aşağı qiyməti ödəyəcəklərinə dair razılaşmalar əldə edib.

Bundan əlavə, Tramp bəyan edib ki, xərclərin bir hissəsi Avropa ölkələrindəki istehlakçılara ötürülə bilər.

“Amma bir problemimiz var. Digər ölkələr buna razı olmadılar. Fransa, Almaniya, Böyük Britaniya, bütün Avropa İttifaqı razı olmadı”, – o, razılaşmalara nail olmaq üzrə aparılan məsləhətləşmələr barədə danışarkən qeyd edib./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa