Tramp ilk dəfə Rodrigeslə danışdı

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigeslə ilk telefon danışığını aparıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rodriges özünün Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, telefon danışığı uzun, məhsuldar və nəzakətli keçib. Söhbət zamanı ikitərəfli əməkdaşlıq imkanları və ölkələr arasında hələ də həllini tapmayan məsələlər müzakirə olunub.

Daha sonra Donald Tramp da “Truth Social” hesabında paylaşım edərək Rodrigeslə çox yaxşı telefon danışığı apardığını bildirib.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton Venesuelanın sabitləşməsi və bərpasına dəstək vermək istiqamətində böyük irəliləyişlər əldə edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa