Tramp İrana zərbə endirməmək qərarını dəyişə bilər

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp heç kimin onu İrana zərbə endirməməyə inandırmağa çalışmadığını bildirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Tramp bunu Vaşinqtondan Florida ştatına uçmazdan əvvəl jurnalistlərə verdiyi açıqlamada qeyd edib.

Amerika lideri ərəb dövlətləri və İsrail nümayəndələrinin onu İrana zərbə endirməməyə inandırmağa çalışıb-çalışmadığı ilə bağlı sualı belə cavablandırıb: “Heç kim məni inandırmadı. Özümü inandırdım. Onlar dünən üçün 800-dən çox insanı edam etmək istəyirdilər. Onlar heç kimi asmadılar və bunu ləğv etdilər. Bunun böyük təsiri olub”.

O, İrana zərbə endirməmək qərarının qəti olub-olmadığını dəqiqləşdirməyib.

Trampdan həmçinin İrandakı hökumət əleyhinə etirazçılara ABŞ-ın yardımının “yolda” olması ilə bağlı sözlərinin hələ də qüvvədə olub-olmadığını aydınlaşdırması istənilib. Amerika lideri suala lakonik cavab verib: “Görəcəyik”./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05