Tramp Maska administrasiyasında vəzifə verməyə hazır olduğunu bildirdi

media-hightechnic-468x90

Maska ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, milyarder İlon Maska öz administrasiyasında iş verməyə hazırdır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Tramp bu barədə “Reuters”ə müsahibəsində deyib.

Trampdan Maska məsləhətçi və ya potensial hökumətinin üzvü vəzifəsini təklif edib-etməyəcəyi soruşulub. “O, çox ağıllı adamdır. Əgər razılaşsaydı, mən bunu mütləq edərdim. O, parlaq oğlandır”, – deyə Tramp cavab verib.

Müsahibə yayımlanandan bir neçə saat sonra Musk özünün X sosial şəbəkəsində süni intellekt tərəfindən yaradılan, podiumda Amerika bayraqları fonunda dayanan şəklini və bu başlığı yerləşdirib: “Mən xidmət etməyə hazıram”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05