Tramp Obamanı “vətənə xəyanət”də ittiham etdi – 2016 seçkiləri ilə bağlı yeni QALMAQAL

media-hightechnic-468x90

ABŞ prezidenti Donald Tramp, 2016-cı il prezident seçkilərində Rusiya tərəfindən dəstəkləndiyinə dair iddialarla bağlı keçmiş prezident Barak Obamanı sərt şəkildə ittiham edib.

Yenicag.az xəbər verir ki, Tramp verdiyi açıqlamada Obamanı seçkiləri manipulyasiya etməyə çalışmaqda və bu işdə “cinayət başında yaxalanmaqda” günahlandırıb. O, “Obama vətənə xəyanət edib” deyərək bu məsələnin arxasında duranların artıq məsuliyyətə cəlb edilməsinin vaxtının çatdığını bildirib.

Tramp ABŞ-nin Milli Kəşfiyyat Direktorluğunun yeni açıqladığı hesabatına istinad edərək Obamanı bu məsələdə “banda başçısı” adlandırıb. Həmin hesabat Tulsi Qabbard tərəfindən təqdim olunan və 2016-cı il seçkiləri ilə bağlı bəzi məxfi detalları açıqlayan sənədləri əhatə edir. Tramp eyni zamanda keçmiş prezident Co Baydeni və sabiq Dövlət katibi Hillari Klintonu da bu işin iştirakçıları kimi göstərib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600