ABŞ və Suriya rəsmiləri arasında məxfi danışıqların aparıldığına dair məlumat yayılıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyada 2011-ci ildən davam edən vətəndaş müharibəsinin gedişində terrorçu birləşmələrə hərtərəfli yardım göstərən ABŞ-ın “oyun”dan çıxmaq üçün Bəşər Əsəd rejimi qarşısında 3 maddədən ibarət şərt qoyduğu bildirilir.
Məlumata görə, ABŞ-ın Əsəd rejiminə qarşı irəli sürdüyü şərtlərdə əsas 3 tələb yer alıb:
– İranın Suriyanın cənubundan tamamilə çıxması;
– Əcnəbi döyüşçülər də daxil olmaqla, Suriyadakı bütün terrorçu qruplar haqqında məlumatların verilməsi;
– Suriyanın şərqində həyata keçirilən neft ticarətində ABŞ-ın iştirakının təmin olunması.
Qeyd olunur ki, Əsəd rejiminə mənsub yüksək vəzifəli məmur “Reuters”ə açıqlamasında məxfi görüşün keçirildiyini təsdiqləyib.
Eyni zamanda, “Reuters”in bununla bağlı ABŞ-ın kəşfiyyat qurumuna göndərdiyi sorğuya verilən cavabda Əsəd rejimi ilə danışıqların aparıldığı nəinki təkzib olunmayıb, hətta bu müzakirələrin davam etdiriləcəyi bildirilib.
www.yenicag.az