Tramp yeniden prezident olacaq? - Namizədliyini irəli sürmək niyyətindədir

media-hightechnic-468x90

ABŞ-nin eks-prezidenti 2024-cü ildə keçiriləcək növbəti seçkilərə qatılmağı planlaşdırır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını bu ilin noyabrına planlaşdırılan Konqresə aralıq seçkilərinə qədər açıqlamaq istəyir.

Trampın belə bir niyyətinin olduğuna dair informasiyanı CNN özünün məlumatlı mənbəyinə əsaslanaraq yayımlayıb.

Qeyd olunur ki, Trampın növbəti prezident seçkilərində iştirakını təsdiqləyən əlamətlər yetərincə ciddidir.

Bu sırada onun öz ofisində seçki kampaniyası üzrə menecerlərlə görüşdüyü və qolf oyunu zamanı namizədliyini irəli sürmək barədə söhbət etdiyi xüsusi vurğulanır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600