Trampdan Baydenə bir cümləlik məktub – FOTO

ABŞ Prezidenti kimi səlahiyyətləri başa çatan Donald Tramp dövlət başçısı postunda onu əvəzləyən Cozef Baydenə məktub yazıb.

Yenicag.az xəbər verir ki, Trampın məktubu cəmi bir cümlədən ibarət olub.

“Co, qalib gəldiyimi bilirsən”, – deyə Tramp yazıb.

Qeyd edək ki, Trampla xanımı Baydenin inauqurasiyasını gözləmədən səhər saatlarında Ağ Evi tərk edərək Floridaya yollanıb.