Trampdan Hörmüz boğazı ilə bağlı TAPŞIRIQ

media-hightechnic-468x90

İranla görüş yaxşı keçdi, əksər məsələlər razılaşdırıldı, amma vacib olan yeganə məsələdə – nüvə məsələsində razılaşmadıq.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, indi ABŞ Hərbi Dəniz Qüvvələri dərhal Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri bloklamaq prosesinə başlayacaq.

“Gec, ya tez hamının girməsinə və hamının çıxmasına icazə verilməsi prinsipinə keçəcəyik, lakin İran mina ola biləcəyini əsas gətirərək buna icazə verməyib ki, bunu da onlardan başqa heç kim bilmir. Bu, şantajdır və Amerika Birləşmiş Ştatları heç vaxt şantaj edilməyəcək. Mən həmçinin Hərbi Dəniz Qüvvələrimizə neynəlxalq sularda İrana rüsum ödəyən hər bir gəmini axtarmağı tapşırmışam. Qanunsuz rüsum ödəyən heç kimin açıq dənizlərdə təhlükəsiz keçidi olmayacaq. Biz həmçinin iranlıların boğazlarda yerləşdirdiyi minaları məhv etməyə başlayacağıq. Bizə və ya dinc gəmilərə atəş açan hər bir iranlı məhv ediləcək”, – Tramp əlavə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05