Trampdan Rusiyaya “50 günlük atəşkəs” xəbərdarlığı – Qərb təzyiqləri ARTIR

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trampın Rusiyaya 50 günlük atəşkəs üçün möhlət verməsi və əks halda “sərt tariflər” tətbiq edəcəyi ilə bağlı xəbərdarlığı Qərbin Moskva üzərində təzyiqlərinin artdığını göstərir.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyətini təhlil edən ABŞ-ın nüfuzlu “PBS” nəşri yazıb.

Təhlildə vurğulanıb ki, Kreml yalnız strateji məqsədlərinə nail olduqdan sonra sülh danışıqlarına razı ola bilər:

“Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu bildirir, lakin bu, yalnız Moskvaya ilhaq etdiyi ərazilərin tanınması, Ukraynanın NATO üzvlüyündən imtinası və ordusuna məhdudiyyətlər qoyulması kimi tələblərin qəbul olunacağı təqdirdə mümkün sayılır. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun son açıqlamasında bu şərtlərin dəyişməz olaraq qaldığı xüsusi vurğulanıb”.

Məqalədə qeyd olunur ki, Kiyev və Qərb müttəfiqləri bu tələbləri qəbuledilməz hesab edir. ABŞ isə eyni zamanda Ukraynaya əlavə hərbi yardım göndəriləcəyini açıqlayıb. Bununla belə, tərəflər arasında danışıqlar üçün konkret tarix hələlik müəyyən olunmayıb və ciddi fikir ayrılıqları qalır.

Cəbhədə vəziyyət isə getdikcə daha da gərginləşir. Tərəflər arasında pilotsuz uçuş aparatları ilə hücumlar intensivləşib, bu isə mülki əhali və infrastrukturun zərər çəkməsinə səbəb olur.

Məqalədə həmçinin vurğulanır ki, yaxın gələcəkdə hərbi eskalasiyanın davam edəcəyi ehtimalı yüksəkdir və diplomatik çıxış yolları hələ də zəif görünür.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600