Trampdan sevgi etirafı
ABŞ Prezidenti Donald Trampın braziliyalı həmkarı Luis İnasio Lula da Silvaya qarşı səmimi hisslər bəslədiyini etiraf etdiyi iddia olunur.
Yenicag.az xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, liderlər ötən həftə Lula da Silvanın mayın 7-də Vaşinqtona planlaşdırılan səfərinin gündəliyini razılaşdırmaq üçün telefon danışığı aparıblar. ABŞ lideri söhbət zamanı Braziliya Prezidentinə hörmətlə yanaşdığını bildirib. Mənbələr qeyd edib ki, amerikalı lider danışığın sonunda guya “I love you” (“Səni sevirəm”) ifadəsini işlədib.
Eyni zamanda, Cənubi Amerika respublikasının rəhbəri daha əvvəl ABŞ Prezidenti ilə şəxsi münasibətlərini şərh edərkən milli suverenliyi qətiyyətlə müdafiə edəcəyini və Birləşmiş Ştatların təzyiqlərinə boyun əyməyəcəyini bildirmişdi.













