!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın hiyləgər siyasi gedişləri – Prezidentliyə namizəd bu vasitələrdən istifadə edir

!Reklam – Yazi

“Tramp böyük biznesmen olduğu üçün iqtisadi amilləri diqqətli şəkildə ölçüb-biçərək öz piarı üçün istifadə edir”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də keçiriləcək prezident seçkilərində namizəd Donald Trampın yenidən hakimiyyətə gələcəyi təqdirdə, Rusiya və digər ölkələrə qarşı sanksiyaları yumşaldacağı ilə bağlı bəyanatını Vaşinqtonun nüfuzuna təsiri fonunda şərh edən politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Tramp hakimiyyətə gəlmək üçün hiyləgər metodlardan istifadə edir.

“Rəqabət hazırki ABŞ prezidenti Co Bayden ilə olacaqdısa, qələbə Trampın idi. Lakin namizəd kimi Kamala Harris önə verildi. Nəticədə isə bu mübarizədə Trampın maraqlı gedişlərinin şahidi oluruq. Rusiya və digər ölkələrə qarşı tətbiq olunan sanksiyaların yumşaldılması fikirləri də mübarizənin bir parçasıdır”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, adətən, siyasətçilərin hakimiyyətə gəldikdən sonra əks addım atdıqları da müşhidə edilib.

“Müharibənin davam etdiyi bir dövrdə Rusiyaya qarşı sanksiyaların yumşaldılması daxili auditoriyada birmənalı qarşılanmayacaq. Eyni zamanda, Trampın həm də müharibəni dayandıracağı ilə bağlı iddiaları var. Bu isə istər ABŞ, istərsə də Avropa daxilində müsbət qarşılanır.

Sanksiyaların yumşalması, yaxud ümumiyyətlə ləğvi Rusiya xammalının daha geniş bazara çıxışına imkan verəcək. ABŞ və digər ölkələr bu xammal ehtiyatlarından asılıdırlar. Bir sözlə, sanksiyalar dünya iqtisadiyyatının geriləməsinə səbəb olur. Tramp böyük biznesmen olduğu üçün iqtisadi amilləri diqqətli şəkildə ölçüb-biçərək öz piarı üçün istifadə edir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv