Trampın "İran kabusu": Nüvə silahı bəhanə, hədəf tam məğlubiyyətdir

media-hightechnic-468x90

“İran nüvə silahından imtina etsə belə, ABŞ öz hədəfi olan mütləq qalibiyyəti əldə etməyə çalışacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı ABŞ-İran münaqişəsinin hazırkı gedişatını şərh edərkən bildirib.

Partiya sədri Trampın və Netanyahunun müharibəyə fərqli yanaşmalarına diqqət çəkib:

“Trampın hərəkətlərini proqnozlaşdırmaq çətindir, lakin Netanyahu və onun arasında fikir ayrılıqları olduğu hiss olunur. Netanyahu istəyir ki, İran faktoru aradan qalxsın, çünki İranı ən böyük təhlükə mənbəyi kimi görür. Əslində isə Netanyahunun yürütdüyü yanlış siyasət İsraili düşmənlərin mühasirəsində qoyub. Netanyahu hazırda Livanda mövqelərini möhkəmləndirməyə çalışır. Onun müharibəyə can atmasının əsas səbəblərindən biri də budur ki, İsraildə müharibə dövründə cinayət işləri təxirə salınır. O, bu yolla hakimiyyətinin ömrünü uzatmağa çalışır”.

Akif Nağı qeyd edib ki, Tramp da müharibə xəttindən uzaqlaşmayıb və hazırda müharibədən başqa yol qalmadığını anlayır:

“Tramp hazırda vaxt qazanaraq, seçkilərdən sonra hərbi əməliyyatları genişləndirməyi planlaşdırır. Əgər arxayın olsa ki, müharibədə uğur qazanacaq, bunu seçkiyə qədər də edə bilər. Tramp üçün ən əlverişli məqsəd seçkidən öncə müharibədə tam uğur qazanıb, seçkiyə qalib kimi getməkdir. İran da çox güclü müqavimət göstərir, Çin isə ona dəstəyini davam etdirir. Proseslərin gedişi göstərir ki, çox uzaq olmayan perspektivdə hərbi əməliyyatlar yenidən bərpa olunacaq”.

 Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05