Trampın İrana qarşı sonuncu “uran kartı”: “Nə hədəflər baş tutdu, nə də İranı çökdürə bildilər”

media-hightechnic-468x90

“Tramp İrandan zənginləşdirilmiş uranın Amerikaya verilməsini tələb edir”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

media-img_4971

Politoloq İran və ABŞ arasında gələcək dövr üçün sülh və ya müharibə potensialını dəyərləndirib. E. Mirbəşiroğlu ilk olaraq müharibənin hər iki tərəfə vurduğu zərərdən söz açıb:

“Reallıq budur ki, fevral ayının 28-də başlayan müharibədə hər iki tərəf bacardığı formada mübarizə apardı. Tramp müharibədən öncə düşünürdü ki, İranda rejimi dəyişə biləcəklər və qarşılarına qoyduqları hərbi-geosiyasi hədəflərə çatacaqlar, amma bu, baş vermədi. İranda nə rejim dəyişdi, nə də Trampın dediyi kimi, ölkəni tam sıradan çıxara bildilər”.

Politoloq qeyd edib ki, bu müharibədə Körfəz ölkələri də ağır bədəllər ödəməli oldular:

“Bu müharibə region ölkələrinə böyük fəlakət gətirdi. Körfəz ölkələrinin enerji infrastrukturları ciddi zərər gördü bu zərərləri aradan qaldırmaq üçün illər və böyük vəsait lazım olacaq. Zərbə altında qalan ölkələrlə Amerikanın da münasibətləri gərginləşdi və müttəfiqlik əlaqələrinə zərər dəydi.

Hesab edirəm ki, indiki mərhələdə hər iki tərəf aktiv qarşıdurma vəziyyətində olmaq istəmir. Bunu region ölkələri də arzulamır. Pakistan və Türkiyənin tərəflər arasında razılaşma əldə olunması istiqamətindəki fədakarlığı göstərir ki, region ölkələri bu qarşıdurmanın təhlükəsini anlayır. Lakin atəşin dayandırılması istəyi hələ hər hansı real nəticənin əldə olunacağı demək deyil. Burada post-müharibə mərhələsində tərəflərin öz siyasi simasını qoruması önəmlidir. Prinsipial məsələlərdə ABŞ və İran arasında mövqelərin yaxınlaşması hələlik müşahidə olunmur”.

E. Mirbəşiroğlu sülhün mümkün alternativlərini də sadalayıb:

“Məsələn, nüvə proqramı ilə bağlı razılaşma yoxdur. Tramp zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılıb Amerikaya verilməsini tələb edir. Buna isə İran razı olmur. Eyni zamanda, İranla sıx təmaslarda olan ölkələr də buna qarşı çıxacaqlar. ABŞ kompromis variant kimi prosesin 20 il müddətinə dayandırılmasını istəyir, İran isə 5-10 illik müddətə razı olduğunu bildirib.

İranın şərti ilə razılaşmaq Trampın öz nüfuzunu qoruyub saxlamağa xidmət edə bilər. Çünki heç bir nəticə əldə etmədən müharibə dayandırılacaqsa, bu, respublikaçılara böyük zərbə olacaq. Nəzərə almaq lazımdır ki, bu müharibədə ABŞ iqtisadiyyatı da ciddi zərər görüb”.

Hörmüz boğazının İran üçün təzyiq vasitəsi olduğunu bildirən politoloq şərhini belə tamamlayıb:

“Digər strateji məsələ Hörmüz boğazının açılması ilə bağlıdır. Bu məsələdə də ortaq məxrəcə gəlinmir. Boğaz Amerika və Avropadakı müttəfiqləri üçün həyati əhəmiyyət kəsb edir. İran üçün isə boğazın bağlı qalması Amerikaya təzyiq alətidir. Digər tərəfdən, sanksiyaların aradan qaldırılması məsələsində İran ciddi təminat istəyir.

Tehranın əsas mövqeyi ondan ibarətdir ki, ABŞ danışıqların intensivliyi fonunda İrana iki dəfə zərbə endirdi: birincisi 2025-ci ilin yayında, ikincisi isə fevralda Avropada danışıqlar getdiyi dövrdə. Ona görə də İran tərəfində Amerikaya qarşı dərin etimadsızlıq mövcuddur. Hər bir halda, iki tərəf də müharibənin davam etməsində perspektiv görmür və ortaq məxrəcə gəlinməsi hər kəsin marağındadır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05