Trampın Nobel planı və İranın nüvə kabusu: Böyük sövdələşmə gəlir?

media-hightechnic-468x90

“Atəşkəsin əldə olunması gözlənilən deyildi”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib.

Politoloq qeyd edib ki, atəşkəsin ilk mərhələsində ABŞ və İran arasında hər hansı ciddi razılaşma əldə olunmayıb:

“Qeyd etmək lazımdır ki, İran və ABŞ arasında keçirilən danışıqlarda hələlik heç bir əsaslı nəticə hasil olmayıb. Əslində, atəşkəs mərhələsində konkret nəticənin əldə olunması gözlənilən də deyildi. Bunun səbəbi münaqişənin dərin tarixi köklərə dayanmasıdır. 1979-cu ildən bəri davam edən qarşılıqlı etimadsızlıq və düşmənçilik mühiti var ki, bütün bu tarixi proseslərin məntiqi yekunu hazırkı qarşıdurmaya gətirib çıxartdı. Hər iki tərəfin yanaşmasına baxdıqda görürük ki, irəli sürülən şərtlər qarşı tərəfi qıcıqlandırır. Tərəflər bir-birini maksimalist mövqe tutmaqda ittiham edir; hesab edirlər ki, tələblər yumşaldılmalı və məhz onların təklif etdiyi şərtlər daxilində razılığa gəlinməlidir. İndiyə qədər isə hər hansı ortaq məxrəc tapılmayıb və hazırda atəşkəs müddəti başa çatmaqdadır.”

Politoloq hesab edir ki, bölgədə yenidən genişmiqyaslı müharibə gözlənilmir:

“Hesab edirəm ki, tərəflər bundan sonra intensiv müharibə fazasına qayıtmayacaqlar. Çünki mövcud dialoq hər iki tərəfə hərbi əməliyyatlardan daha çox xeyir verir. İslamabad görüşlərinin növbəti raundunun keçiriləcəyini ehtimal edirəm. Güman ki, həmin görüşlərdə tərəflər müəyyən dərəcədə yumşalmalara gedəcək və qarşılıqlı güzəştlər əldə olunacaq. Lakin bu, qısa müddətdə həll olunacaq məsələ deyil bəlkə də aylarla davam edəcək çox ciddi müzakirələrin nəticəsində mümkün ola bilər. Bundan sonra lokal toqquşma ehtimalları qalsa da, yenidən uzunmüddətli və genişmiqyaslı müharibənin baş vermə ehtimalı zəifdir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05