Trampın Türkiyəyə səfər tarixi açıqlandı

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trump Türkiyəyə səfər edəcək. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ABŞ lideri 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvəsində iştirak etməyi planlaşdırır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Hakan Fidan “Bloomberg TV”-yə müsahibəsində Türkiyə-ABŞ münasibətləri və regional proseslərə dair mühüm açıqlamalar verib. Nazir qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışıqlarında Trump Ankaradakı zirvəyə şəxsən qatılacağını təsdiqləyib.

ABŞ-ın NATO-dakı fəaliyyətinə toxunan Fidan, Vaşinqtonun İttifaqa sadiq qaldığını və müttəfiqlərin müdafiə xərclərinin artırılması istiqamətində işlərin davam etdiyini vurğulayıb.

Hakan Fidan regional sülh danışıqlarından da bəhs edərək, İsrailin Vaşinqton və Tehran arasındakı dialoq prosesini pozmaq riski daşıdığını bildirib: “ABŞ və İran tərəflərinin səmimiyyətindən əminəm, lakin İsrailin niyyəti narahatlıq doğurur”.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05