Trampın Ukrayna “tələsi”: "ABŞ Ukraynanı ərazi itkisi ilə sülhə məcbur edir"

media-hightechnic-468x90

“Bu, Ukraynanın deyil, Amerikanın Rusiya ilə oxşar mövqe nümayiş etdirməsinin nəticəsidir.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

media-turan_rzayevvv

Politoloq ABŞ prezidenti Donald Trampın “Rusiya və Ukrayna arasında sülhə nail ola bilməmək Ukraynanın günahıdır” açıqlamasını tənqid edərək, sülh prosesinin Ukrayna tərəfindən yubadılması iddialarına aydınlıq gətirib:

“Əslində, münaqişənin həlli məsələsində Ukraynanın hazırkı mövqeyi prosesin yekunlarını gecikdirir, lakin burada çox incə və mühüm bir məqam var. Ukraynanın mövqeyi münaqişəni uzatmağa deyil, ərazi bütövlüyünün bərpasına hesablanıb. Unutmaq olmaz ki, burada işğalçı tərəf Rusiya, öz torpaqlarını müdafiə edən tərəf isə Ukraynadır.

“Ukrayna məsələni uzadır” demək, Kiyevin öz torpaqlarının işğalı ilə razılaşması deməkdir ki, bu da heç bir halda mümkün deyil. Əslində, münaqişənin uzanmasının ən böyük səbəblərindən biri ABŞ-nin prosesə daha çox öz maraqları çərçivəsində və Rusiyanın maraqlarına xidmət edəcək formada yanaşmasıdır”.

T. Rzayev qeyd edib ki, Vaşinqtonun sərgilədiyi mövqe ilə Moskvanın maraqları bəzi məqamlarda üst-üstə düşür:

“Ukrayna ərazi itkisi hesabına sülhə məcbur edilir. Belə olan halda Kiyevin proseslərə müsbət yanaşmaması tamamilə anlaşılandır. Ukraynanın bu sükutu əslində özünün deyil, Amerikanın yürütdüyü yanlış mövqeyin nəticəsidir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa