!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Trilyonlar fırlanır bu sahədə, ay kişi, milyardlar yox e, trilyonlar!" - Azər Qəribdən COVID-19 REAKSİYASI

!Reklam – Yazi

“Bunlar konkret olaraq bəşəriyyəti barmaqlarına dolayıblar”.

Yenicag.az xəbər verir ki, bu fikirləri “Facebook” hesabında koronavirusun “Omikron” variantına münasibət bildirən tanınmış səyyah Azər Qərib qeyd edib.

Azər Qərib koronavirusu qlobal siyasətə çevirənləri sərt tənqid edib:

“İndi də ormirkondur, nə zibildir, o gəlir. Niyə məhz omikron? Sadəcə göstərmək istəyirlər ki, züy çalan bizik, hansı havanı çalsaq, onu da oynayacaqsınız.

“Bəs delta necə oldu?” – soruşurlar sadəlövh insanlar. Cavab dahidir, bir diqqət yetirin, deyir, delta özü-özünə məhv oldu.

Trilyonlar fırlanır bu sahədə, ay kişi, milyardlar yox e, trilyonlar!

Sadəcə yunan əlifbasını qoyurlar qabaqlarına və gözlərini yumub barmaqlarını basırlar, hansı hərf çıxdı, o avazı çalacaqlar, biz də vahimədən gözlərimizi bərəldib şok keçirəcəyik.

“Niyə belə deyirsiniz, axı bizim tanışlar xəstələndi, rəhmətə gedən oldu” və s. Allah gedənlərə rəhmət eləsin, xəstələnənlərə şəfa versin, mən də Marsdan düşməmişəm, mənim də ətrafımda var belə hallar.

Yorulduq təkrar etməkdən, söhbət ondan getmir ki, virus yoxdur, söhbət ondan gedir ki, bu boyda dünyanı alt-üst etməyə ehtiyac yox idi və yoxdur.

Viç olmuşdu, toyuq qripi olmuşdu, nə bilim, digər epidemiyalar olmuşdu, hansı birinə görə sərhədlər bağlanırdı, ölkələr qapanırdı və s.?

Heç birinə görə, çünki nə qədər ki, bu planetdə həyat var, epidemiyalar da olacaq, pandemiyalar da. Amma bu o demək deyil ki, planet sakinlərini seçim qarşısına qoymaq lazımdır: Acından və stressdən ölmək, yoxsa xəstəlikdən.

Dünyada yollarda qəzalar nəticəsində daha çox adam ölür, amma avtomobillərə qadağa qoyan yoxdur, siqaretdən ölənlər daha çoxdur, amma tütünə qadağa yoxdur, spirtli içkilər və s. və i.

Amma bir müsbət cəhəti oldu tac xəstəliyinin – bütün digər xəstəliklər yox oldu. Hal-hazırda nə ürək-damar xəstəliyi var, nə mədə-bağırsaq xəstəliyi, nə xərçəng, hətta “qemorroy” belə yox oldu, hamısını korona əvəzlədi.

Yoxdur bunun sonu, o domba göz eynəkli “krasavçik” var e, üst-müst rəhbəri, onun bandası və bu bandanın farmakoloji krışası özlərindən başqa hamını bankrot etməyənə qədər bəşəriyyətdən əl çəkən deyillər.

Ya bankrot edəcəklər hamını, ya da hamının ürəyi partlayacaq bu süni fəlakətdən.

“Demək asandır, bəs siz nə təklif edirsiniz?”

Heş zad, nə təklif edə bilərəm, yalnız onu ki, ayağımızı uzadıb könüllü yollanaq səmalara.

Çünki vurnuxmağın, mübarizə aparmağın, etiraz etməyin mənası yoxdur, bunlar yunan əlifbasını ağlar qoymayana qədər əl çəkən deyillər bizdən.

Sonra da keçəcəklər efiop əlifbasına və bu prosesin sonu olamaycaq.

“Tak şto”, salamatı odur ki, hamımız mehribancasına qayıdaq ibtidai dövrlərə…”

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv