TRT-nin “Ömür Dediyin” proqramı Azərbaycanda çəkilir

media-hightechnic-468x90

trt_poster_171115Türkiyənin “TRT Haber” kanalı “Ömür Dediyin” adlı sənədli filmin çəkilişlərinə başlayıb.

TRT-nin Bakı təmsilçiliyindən bildirilib ki, sənədli filmin çəkilişləri Bakı, Saatlı və Gəncədə aparılır. Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslan çəkilişlərin noyabrın 22-dək davam edəcəyini bildirib.

“Ömür Dediyin”” proqramı insanların həyat hekayələrini, xatirələrini, təqvim yarpağı kimi vərəqləyir.

“Ömür Dediyin” “TRT Haber” kanalında nümayiş olunur.

“TRT Haber” Azərbaycanda KATV1–də genişləndirilmiş türk paketdə yayımlanır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600