!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TÜİB-də Türkiyə PA-nın Maliyyə Ofisinin rəhbəri ilə görüş keçirildi - FOTO / VİDEO

!Reklam – Yazi

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyində (TUİB) Türkiyə Respublikasının Prezident Administrasiyasının Maliyyə Ofisinin rəhbəri Göksəl Aşan ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev, TÜİB sədrinin vəkili Savaş Uzan, sədr müavinləri, İdarə Heyətinin üzvləri Nəcməddin Taşbağ, Avni Dəmirçi, “Makro 2000” Şirkətlər Qrupunun rəhbəri Lokman Biter iştirak edib.

Maliyyə Ofisinin rəhbəri bu ilin əvvəlində Türkiyədə baş vermiş zəlzələ ilə bağlı göstərdikləri yardımlara və təbii fəlakət bölgəsindəki fəaliyyətlərinə görə TÜİB sədri Hüseyin Büyükfırata və “Makro 2000” Şirkətlər Qrupunun rəhbəri Lokman Biterə təşəkkür edib.

Görüş çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Türkiyə Ticarət Nazirliyinin və TÜİB-in ortaq təşkilatçılığı ilə dekabrın 21-də keçiriləcək Böyük İş Forumu ilə bağlı görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

www.yenicag.az

2930
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv