TÜİB heyəti Şimali Kipr Türk Cümhuriyyətinin yeni Bakı təmsilçisi ilə görüşdü – FOTO

“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) üzvləri Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizə yeni təyin olunan təmsilçisi Növbər Fərid Vechini ziyarət ediblər.

Yenicag.az xəbər verir ki, Növbər Fərid Vechini ziyarət edən TÜİB idarə Heyətinin sədri Hüseyin Büyükfırat, İH-nin üzvü Səlim Akbay və baş koordinator Məhsəti Xəlilova xanım təmsilçiyə fəaliyyətində uğurlar arzulayıb, ona TÜİB-in yaranma prosesi, əsas fəaliyyət istiqamətləri və “Cocuq Mərcanlı” layihəsi ilə əlaqədar geniş məlumat veriblər.

Növbər Fərid Vechi öz növbəsində TÜİB üzvlərinə ziyarətlərinə görə təşəkkür edib, təmsilçilik və qurum arasında əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd edib.

Sonda xatirə fotosu çəkdirilib.