!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Turistləri daşıyan avtobus aşdı: 25 yaralı

!Reklam – Yazi

Gürcüstanın Kaxeti bölgəsində turistləri aparan avtobus aşıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində 25 nəfərin yaralandığı bildirilir. Yaralılar Telavidə iki xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir. Turistlərin əksəriyyəti Belarus vətəndaşlarıdırlar. Onları aparan “Suzuki” markalı avtobus Qambori aşırımında, Tetritsklebi kəndi yaxınlığında aşıb. Turistlər Kaxetiyə gedirmişlər.

Bildirilib ki, bir neçə həftə əvvəl də həmin ərazidə başqa bir turist avtobusu qəzaya uğrayıb.

Qəzanın səbəbləri hələlik dəqiq məlum deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı araşdırma aparır.

www.yenicag.az

1243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv