“Turizm haqqında” qanunda dəyişiklik

media-hightechnic-468x90

67aedaf2421eafed10dca63cbfe4c915Prezident İlham ƏIiyev “Turizm haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd imzalayıb. “Turizm haqqında” qanunun Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədilə qanuna bir sıra əlavələr edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada turizm vizası almalıdırlar.Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər.Elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər.Turistlərə elektron vizaların verilməsi qaydası Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir.

()

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600