!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Turizm sahəsində fəaliyyət göstərən assosiasiyalar işçi qrup yaratdı

!Reklam – Yazi

Sentyabrın 4-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Hotel Assosiasiyası (AHA) və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası (ATBA) tərəfindən pandemiya dövründə turizmin bərpası və inkişaf etdirilməsi məqsədilə işçi qrupu yaradılıb.

Assosiasiyadan Yenicag.az-a verilən məlumata görə, əldə olunan razılığa əsasən, assosiasiyaların işçi qrupu hazırkı vəziyyətdə turizm sahəsində problemlərin dərindən təhlil edilməsi və həlli yollarının tapılması üçün yeni təkliflər üzərində çalışaraq böhrandan çıxış yollarını araşdıracaq.

Tərəflər, həmçinin koronavirus pandemiyası (COVID-19) nəticəsində turizm şirkətlərinin, hotellərin və bələdçilərin üzləşdiyi çətinliklər, turizm sahəsinin bərpasında və inkişafında assosiasiasiyalar arasında əməkdaşlığın inkşaf etdirilməsi, eləcə də birgə fəaliyyət imkanları ətrafında müzakirələr aparıb.

Koronavirus pandemiyası (COVID-19) dövründə göstərilən turizm xidmətlərində vətəndaş sağlamlığının prioritet olduğunu bildirən assosiasiya rəhbərləri pandemiyadan sonrakı fəaliyyətlərində də yeni çağrışlardan irəli gələrək birgə əməkdaşlığın vacib olduğunu bildiriblər.

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv