Turizm zonalarında qadağan edilmiş fəaliyyətlə məşğul olanlar 4 min manatadək cərimələnəcək

media-hightechnic-468x90

Turizm və rekreasiya zonalarının ərazisində qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyənləşir.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, turizm və rekreasiya zonalarının ərazisində “Turizm haqqında” qanunla qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib./APA

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa